"Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər"

Bu mövzuda Bakıda I Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 may 2009 tarixli sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq etmişdir.
Proqramda Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elimi-praktik konfransın keçirilməsi həvalə olunmuşdur. Konfrans öz işinə noyabrın 9-da başlayacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirmişdir.
Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır.
Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlərin keçirilməsi planlaşdırılır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında