Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Avropa Verqeland Mərkəzi İdarə Heyəti Şurasının üzvü təyin edilmişdir

Azərbaycanın Avropa Şurasındakı (AŞ) daimi nümayəndəsi, səfir Arif Məmmədov bu təşkilatın Baş katibi Turbern Yaqlandın təqdimatı ilə mədəniyyətlərarası anlaşma, insan hüquqları və demokratik vətəndaşlıq (Verqeland Mərkəzi) sahəsində Avropa Təhsil Resurs Mərkəzinin İdarə Heyəti Şurasının üzvü təyin edilmişdir.
AŞ ilə Verqeland Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən İdarə Heyəti Şurasının yeddi üzvündən üçü Şuranın Baş katibi tərəfindən təqdim olunmalıdır.
A.Məmmədov hazırda Avropa Şurası Nazirlər Komitəsinin təhsil, idman, gənclik və ətraf mühit üzrə məruzəçilər qrupunun sədridir.
Verqeland Mərkəzi Avropa Şurası ilə Norveç arasında imzalanmış saziş əsasında yaradılmışdır. Mərkəz tədqiqatlar aparır və onları dəstəkləyir, mədəniyyətlərarası anlaşma, insan hüquqları və demokratik vətəndaşlıq sahəsində dəyərləri təbliğ edir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında