Mərkəzi Seçki Komissiyasının iclası

Noyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Milli Məclisə keçirilən seçkilərlə bağlı komissiyaya daxil olmuş müraciətlərə baxılmışdır. Bir müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, üçünün aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir.
Komissiya 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış və həmin qətnamələrə uyğun olaraq 2 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında