Seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi üçün atılmış vacib addımlardan biridir

Noyabrın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki baxış mərkəzində olmuşlar.
Texniki baxış zamanı bildirilmişdir ki, noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı respublika ərazisində 125 dairə seçki komissiyası (DSK) və 5177 seçki məntəqəsi telefonlaşdırılmışdır. DSK-larda quraşdırılmış kompyuterlərdən MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinə məlumatların ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkənin yaradılması başa çatdırılmışdır.
Qeyd edilmişdir ki, seçki günü 500 seçki məntəqəsində səsvermənin gedişi ilə bağlı görüntülərin internet vasitəsilə izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Veb-kameralar Bakı şəhərinin 11 rayonunu, respublikanın 37, Naxçıvan Muxtar Respublikasının isə 8 bölgəsini əhatə edir. Səsvermə günü dünyanın istənilən internet istifadəçisi MSK-nın saytına daxil olaraq səsvermənin gedişini izləyə bilər. Qarşıya çıxa biləcək hər hansı problemin vaxtında aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.
Seçki məntəqələrində veb-kameraların quraşdırılmasının seçkilərlə bağlı obyektiv mənzərə yaradacağını qeyd edən MSK sədri M.Pənahov bildirmişdir ki, veb-kameralar Azərbaycandakı seçki məntəqələrinin təxminən 10 faizində quraşdırılmışdır və 500 məntəqədə baş verən prosesləri izləməklə seçkilərlə bağlı fikir söyləmək mümkün olacaqdır. Bu, Azərbaycan hökuməti tərəfindən seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi üçün atılmış vacib addımlardan biridir.
Elektron səsvermənin hüquqi qüvvəsinin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir ki, bununla bağlı elan verən qeyri-hökumət təşkilatı bunu "Elektron hökumət" sistemindən yararlanmaqla ictimai rəyi öyrənmək məqsədilə edir. Ancaq elektron səsvermə Mərkəzi Seçki Komissiyasının subyekti deyil və rəsmi heç bir statusu yoxdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında