Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin layihəsi ilə bağlı əsas məsələlər razılaşdırılmışdır

Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin layihəsi ilə bağlı əsas məsələlər razılaşdırılmışdır.
Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov noyabrın 3-4-də Bakıda keçirilmiş Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin razılaşdırılmasına dair dördüncü iclasın yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirmişdir.
İkigünlük görüşün çox məhsuldar keçdiyini deyən X.Xələfov saziş layihəsinin razılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini diqqətə çatdırmışdır.
Nazir müavini əmin olduğunu bildirmişdir ki, noyabrın 9-10-da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Tehranda keçiriləcək görüşünə qədər saziş layihəsinin tam şəkildə razılaşdırılması ilə bağlı ümumiləşdirilmiş nəticə əldə olunacaqdır. Qeyd etmişdir ki, layihənin imzalanması üçün hazırlıq işləri başa çatdırılsa, sənəd sammit zamanı imzalanacaqdır.
X.Xələfov bildirmişdir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi Xəzəryanı ölkələrin təhlükəsizliyi sahəsində əməkdaşlıq mexanizminin yaradılması istiqamətində ilk sənəddir. Sazişdə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri, çirkli pulların yuyulması və s. ilə mübarizə sahəsində əməkdaşlığı əks etdirən bir çox məsələlər öz əksini tapmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında