MDB-nin müşahidə missiyası Azərbaycanda parlament seçkiləri ilə bağlı məlumat yaymışdır

MDB-nin müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı növbəti hesabat yaymışdır.
Hesabatda uzunmüddətli müşahidəçilərin keçirdiyi görüşlər, onların Mərkəzi Seçki Komissiyasının (MSK) iclaslarında iştirakı, bu iclasların mətbuat üçün açıq keçirilməsi, qəbul olunan qərarların rəsmi KİV-lərdə və MSK-nın saytında yerləşdirilməsi, 500 seçki məntəqəsində veb-kameraların quraşdırılması barədə məlumatlar yer almışdır.
MDB müşahidəçiləri bildirirlər ki, dairə və məntəqə seçki komissiyalarına yardım məqsədi ilə broşürlər, yaddaş kitabçaları, təlimatlar nəşr edilmiş, komissiya üzvləri üçün treninqlər, ilk dəfə seçici hüququ qazanmış gənclərlə seminarlar keçirilmişdir.
Məlumatda qeyd olunur ki, MSK 5 milyon 96 min 574 bülleten çap etmişdir ki, bu da Seçki Məcəlləsində nəzərdə tutulan qaydaya uyğundur.Burada, həmçinin Milli Məclisə namizədliyin verilməsi və seçkilərin keçirilməsi qaydaları da əksini tapmışdır.
Məlumatda vurğulanır ki, təşviqat kampaniyası aparmaq üçün namizədlərə bərabər imkanlar yaradılmışdır. Seçkilərə qatılan 700-dək namizədin hamısına İctimai Televiziyada dörd dəqiqə pulsuz efir vaxtı və dövri mətbuatda seçki platformaları ilə seçiciləri tanış etmək imkanı verilmişdir. Namizədlər və siyasi partiyalar mitinqlər, elektoratla görüşlər keçirir, teledebatlarda iştirak edirlər. Təşviqat işində plakat və vərəqələrdən istifadə olunur.
Müşahidəçilər seçki məntəqələrində olarkən seçki komissiyasının üzvlərinə məsləhətlər də vermişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında