Mərkəzi Seçki Komissiyasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş olmuşdur

Noyabrın 4-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri ilə görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Milli Məclisə keçirilən seçkilərlə bağlı seçkiqabağı durum barədə müzakirələr aparılmışdır.
MSK sədri qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat aparmaları üçün hərtərəfli şəraitin yaradıldığını, seçki komissiyalarının fəaliyyətində aşkarlığın təmin edilməsi üçün bütün qanuni addımların atıldığını, seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirildiyini missiya üzvlərinin diqqətinə çatdırmışdır.
Müşahidə missiyasının rəhbəri ətraflı məlumata görə Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürünü bildirmiş və qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında