AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəkdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləmək üçün 30 nəfərdən ibarət qısamüddətli müşahidə missiyasını Azərbaycana göndərəcəkdir.
AzərTAc AŞPA-nın internet saytındakı məlumata istinadla xəbər verir ki, belçikalı deputat Pol Villin rəhbərlik edəcəyi missiya noyabrın 5-dən 8-dək Azərbaycanda olacaqdır. AŞPA nümayəndə heyəti seçkilərin gedişini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ilə birlikdə izləyəcəkdir.
Avropalı parlamentarilər 7 noyabr seçkilərindən öncə ölkənin rəsmi şəxsləri, siyasi partiya mənsubları, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, yerli müşahidəçilər, eləcə də vətəndaş cəmiyyətinin və mətbuatın nümayəndələri ilə görüşlər keçirəcəklər.
Oktyabrın 18-dən 21-dək Bakıda səfərdə olmuş AŞPA seçkiqabağı müşahidə missiyası heyəti seçkilərə hazırlıq dövründə yaradılmış şəraiti, MSK-nın bu istiqamətdə gördüyü işləri, o cümlədən seçicilərin maariflənməsi ilə bağlı MSK-nın proqramını yüksək qiymətləndirmişdir.
AŞPA-nın qısamüddətli müşahidə missiyası noyabrın 8-də Bakıda mətbuat konfransı keçirəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında