Azərbaycanda parlament seçkiləri demokratik və qanun çərçivəsində keçiriləcəkdir

Hesab edirəm ki, Azərbaycanda artıq demokratik seçkilər ənənəsi formalaşmışdır. Bu parlament seçkiləri də demokratik və qanun çərçivəsində keçiriləcəkdir.
Bu sözləri noyabrın 4-də Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərə müsahibəsində demişdir.
Ramiz Mehdiyev seçkilərin demokratik keçirilməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını söyləmişdir. O demişdir ki, vətəndaşlarımız özləri də görəcəklər ki, Azərbaycanda parlament seçkilərinin demokratik keçirilməsi üçün bütün şərait yaradılmışdır.
Prezident Administrasiyasının rəhbəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiqabağı hazırlıq üzrə ikinci hesabatına da münasibət bildirmişdir. Ramiz Mehdiyev demişdir ki, bu hesabatı əsasən müsbət hesab etmək olar. Baxmayaraq ki, əsasən ikinci hesabatda müəyyən yanlışlıqlar vardır, onları çıxmaq şərti ilə hesabatı müsbət hesab etmək olar.
Azərbaycanın işğal altındakı Ağdam şəhərinin adının ermənilər tərəfindən dəyişdirilməsi barədə sualı cavablandıran Prezident Administrasiyasının rəhbəri vurğulamışdır ki, beynəlxalq təşkilatlar da buna öz kəskin münasibətlərini bildirməlidirlər.
Prezident Administrasiyasının rəhbəri demişdir ki, bu, Ermənistanın müəyyən qüvvələri tərəfindən aparılan oyunun yeni növüdür. Bu onu göstərir ki, Ermənistanda radikal qüvvələr Azərbaycan və Ermənistan arasında münasibətləri daha da gərginləşdirmək istəyirlər. Ona görə, bunu çox mənfi qəbul edirəm. Güman edirəm ki, belə hallara beynəlxalq təşkilatlar da kəskin münasibətlərini bildirməli, ermənilərin oyunlarına son qoyulmalıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında