Azərbaycan Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının İstanbulda keçirilmiş 24-cü dünya konqresində təmsil olunmuşdur

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) noyabrın 1-dən 3-dək İstanbulda keçirilmiş 24-cü dünya konqresinin açılışında iştirak etmişdir.
Nazirlikdən verilən məlumatda bildirilir ki, açılış mərasimində çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan son illər ölkənin iqtisadi inkişafı ilə əlaqədar dünyada nüfuzunun artdığını qeyd etmişdir. Baş nazir Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin idarə edilməsinin əhəmiyyətini vurğulamış, digər layihələr barədə ətraflı danışmışdır.
Nazir Ə.Abbasov Azərbaycanda həyata keçirilən mühüm layihələr, xüsusən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "Regional innovasiya zonası" (RİZ) və "AzerSpace" layihələri barədə iştirakçılara məlumat vermişdir.
Əli Abbasov Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımla görüşmüş, həmçinin tədbir çərçivəsində təşkil edilən sərgidə qardaş ölkənin nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlərinin stendləri ilə tanış olmuşdur.
Nazir Ə.Abbasov səfər çərçivəsində BLİA-nın İdarə Heyətinin sədri Mayls Şepardla, həmçinin "Türktelekom", "Türksell", "Karel" və Türkiyənin digər aparıcı telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşmüşdür.
Türkiyənin "TRT Türk" televiziya kanalı Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda son illər aparılan islahatlara, həyata keçirilən layihələrə maraq göstərərək Ə.Abbasovdan müsahibə götürmüşdür.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında