Azərbaycan və İndoneziya AzərTAc ilə Antara arasındakı əməkdaşlıqdan faydalanır

Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev İndoneziya Milli İnformasiya Agentliyinin (Antara) baş icraçı direktoru və Asiya-Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Əhməd Muxlis Yusuf ilə görüşmüşdür.
Səfirlikdə keçən görüşdə Ə.M.Yusuf AzərTAc-ın baş direktoru Aslan Aslanovun İndoneziyaya səfəri zamanı 2007-ci il dekabrın 13-də əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra hər iki agentlik arasında əlaqələrin genişləndiyini bildirmişdir. AzərTAc ilə bütün sahələrdə ikitərəfli əlaqələrin qurulduğunu bildirən OANA-nın prezidenti, anlaşma memorandumu çərçivəsində hər iki xəbər agentliyinin fotomüxbirlərinin Azərbaycana və İndoneziyaya səfər etdiklərini, xeyli material topladıqlarını diqqətə çatdırmışdır. O, 2011-ci ilin əvvəlində fotomüxbirlərin növbəti səfərinin həyata keçirilməsi və hər iki səfər zamanı çəkilmiş şəkillərin 28 may - Respublika Günü ərəfəsində Antaranın şəkil qalereyasında sərgisinin təşkil olunmasını təklif etmişdir.
Antaranın baş icraçı direktoru 2008-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı geniş inkişaf və quruculuq işlərinin şahidi olduğunu diqqətə çatdırmışdır. Ə.M.Yusuf 2008-ci il sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin OANA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 30-cu iclasının iştirakçılarını qəbul edərkən dövlətimizin başçısı ilə görüşündən qürur duyduğunu, dövlətimizin başçısının ölkəmizin inkişaf planları haqqındakı məlumatından məmnun qaldığını qeyd etmişdir.
Səfir İ.Hacıyev AzərTAc ilə Antara arasındakı əməkdaşlıqdan hər iki ölkənin faydalandığını demişdir. Diplomat Azərbaycan Prezidenti və xalqı haqqında xoş sözlərə görə OANA-nın prezidentinə minnətdarlığını bildirmişdir.
Görüşdə Ə.M.Yusufa səfirlik tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən kitablar hədiyyə edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında