Dünya Azərbaycanlı Gənclərinin Konqresi keçiriləcək

Bu il noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçiriləcək. Konqres Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçiriləcək. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirakı planlaşdırılır.
Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin (AMOR) boyük bir nümayəndə heyəti ilə qatılması da nəzərdə tutulub. Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ hesab edilir. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.
Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi və s. mövzularda panellər təşkil olunacaq. Konqresin yekununda Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulub. Tədbir çərçivəsində "Virtual həftə sonu məktəbi"nin təqdimatı da olacaq.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında