Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Noyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə "Qarabağ" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr qeydə alınmışdır.
Sonra 60 saylı Salyan-Neftçala seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklilik edilməsi barədə qərar çıxarılmışdır.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Müraciətlərdən 2-si əsassız olduğundan təmin edilməmiş, digərləri isə aidiyyəti üzrə araşdırlıması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
Komissiya 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış və həmin qətnamələrə uyğun olaraq 3 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının, ATƏT-in Bakı ofisinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında