Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ölkədə vətəndaş cəmiyyəti təşkilatlarına 2 milyon manat vəsait ayrılmasına dair təklif vermişdir

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatlarına 2 milyon manat vəsaitinin ayrılmasına dair iki təklif vermişdir.
Nümayəndəlikdən bildirmişlər ki, bu, Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək, Aİ-nin insan hüquqları və yoxsulluğun azaldılmasına dair öhdəliyi çərçivəsində həyata keçirilir.
Birinci təklifə əsasən, Avropa Demokratiya və İnsan Hüquqları İnstitutu tərəfindən 1,2 milyon avro vəsait ayrılır. Bu vəsait milli qanunvericiliyi təkmilləşdirmək, onun demokratiya və insan hüquqları sahəsində tətbiqi üçün göstərilən vətəndaş cəmiyyəti səylərinin dəstəklənməsinə sərf olunacaqdır. Həmin təşəbbüs çərçivəsində, həmçinin, mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar sahəsində hüquq müdafiəçiləri dəstəklənəcək, ətraf mühit haqqında biliklərin gücləndirilməsi üçün vətəndaş cəmiyyətinin səylərinə yardım ediləcəkdir.
İkinci təklifə əsasən, İnkişafın Qeyri-Dövlət Subyektləri Proqramı tərəfindən 700 min avro ayrılacaqdır. Bu vəsait davamlı inkişaf strategiyasının tətbiqində yerli və milli hökumətlərin dəstəklənməsi üçün vətəndaş cəmiyyətinin göstrərdiyi səylərə yönəldiləcəkdir.
Cari ilin noyabrında Bakıda, Lənkəranda, Qubada və Gəncədə bununla bağlı informasiya sessiyaları keçiriləcəkdir.
Yeni təkliflər qeydiyyatdan keçmiş bütün Azərbaycan və Avropa vətəndaş cəmiyyəti təşkilatlarına aiddir. Müraciətlər 2011-ci il fevralın 11-dək qəbul olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında