"Parlament - 2010" Seçki Monitorinqi Koalisiyası noyabrın 7-də elektron səsvermə təşkil edəcəkdir

"Parlament-2010" Seçki Monitorinqi Koalisiyası "Elektron Hökumət" sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vasitəsilə 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə elektron səsvermənin təşkilini həyata keçirəcəkdir.
Bu komponent Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi tərəfindən elan olunmuş müsabiqə nəticəsində Koalisiyanın istifadəsinə verilmişdir.
Seçki Monitorinqi Koalisiyasından bildirmişlər ki, "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərə elektron səs verməsinə imkan yaradır.
Elektron səsvermə 2010-cu il noyabrın 7-də saat 8:00-dan 19:00-dək www.e-secim2010.az  internet ünvanındakı saytda aparılacaqdır. Nəticələr səsvermə prosesi başa çatdıqdan sonra elan olunacaqdır.
Layihə və səsvermə haqqında ətraflı məlumatı saytdan əldə etmək olar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında