Biz ədalətli və şəffaf seçki keçirməyə tam hazırıq

Ölkəmizin son illər qazandığı nailiyyətlər beynəlxalq aləmin diqqət mərkəzindədir. Bir vaxtlar xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallaşanda müstəqil Azərbaycan dünyanın diqqətini özünə cəlb etmişdi. Ötən illərdə dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyəndə, inkişaf etmiş bir sıra dövlətlər iqtisadi tənəzzülə məruz qalanda, adlı-sanlı şirkətlər iflasa uğrayanda öz dinamik inkişaf ənənəsini qoruyub saxlayan Azərbaycan dünya ictimaiyyətinin maraq dairəsində qaldı. Nəhayət, ölkəmiz demokratik, obyektiv, azad və şəffaf seçki keçirməyə qadir olduğunu təsdiqləyəndə də beynəlxalq aləmdə gündəmdən düşmədi. Hazırda ölkəmiz daha bir demokratik seçki keçirmək ərəfəsindədir.
Dördüncü çağırış parlament seçkilərinə hazırlıq işləri artıq tam başa çatıb. İndi seçki məntəqələri seçicilərin yolunu gözləyir. Noyabrın 7-də xalqımız bir daha təsdiqləyəcək ki, şəffaf və obyektiv seçki keçirməyə qadirdir. Seçki demokratiyanın aynasıdır. 1993-cü ilin oktyabrından başlayaraq Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilir, xalqın öz siyasi iradəsini sərbəst şəkildə nümayiş etdirməsinə heç nə mane ola bilməz. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu ənənəni qoruyub saxladı və daha da inkişaf etdirdi. Dövlət başçımızın 2005-ci ilin 11 may və 25 oktyabr tarixli sərəncamları ölkəmizdə azad, ədalətli və şəffaf seçki keçirilməsi üçün möhkəm hüquqi baza yaratdı. Xalqımız və seçkiləri müşahidə edənlər hər seçkidə şəffaflığı təmin edən bir yeniliklə qarşılaşdı.
Builki parlament seçkilərinin mütəşəkkil və obyektiv keçirilməsi üçün bütün hazırlıq işləri yüksək səviyyədə aparılıb. Mən seçkilərin keçirilməsində böyük təcrübəsi olan bir komissiya sədri kimi tam əminliklə deyirəm ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də beynəlxalq müşahidəçilər öz yekun rəylərində Azərbaycanda demokratik, şəffaf və obyektiv seçki keçirildiyini xüsusi qeyd edəcəklər.
Sədri olduğum 4 saylı Saatlı şəhər seçki məntəqəsi rayonun mərkəzində yerləşir. Məntəqəmizdə seçki günü böyük canlanma, qələbəlik olur. Builki parlament seçkilərində məntəqəmizdə 1463 nəfər səs verəcək. Onlardan 38 nəfəri ilk dəfə səs verən, 90 nəfəri isə yaşı 70-dən yuxarı olan seçicilərdir. 17 nəfər xəstə olmaları barədə bizə müraciət edib. Mövcud qanunvericiliyin tələblərinə əsasən səsvermə qutuları komissiya üzvləri və müşahidəçilərin iştirakı ilə xəstə seçicilərin evlərinə aparılacaq. Seçici siyahılarının təsdiqlənmiş sonuncu variantı məntəqənin müvafiq yerindən asılıb. Artıq bütün seçicilərə bildirişlər paylanılıb. Hətta onların seçici siyahılarındakı sıra nömrəsi də bildirişdə öz əksini tapıb. Bu da seçicilərin səsvermə günü öz adlarını tapmasında vaxt itkisinə yol verməyəcək. Seçki məntəqəsində hər cür şərait var. Burada səliqə-sahman yaratmışıq. Axı, məntəqəmizə beynəlxalq müşahidəçilər də gələcəklər. Qoy onlar öz ölkələrində Azərbaycanda, elə bizim seçki məntəqəsində yaradılmış səliqə-sahmandan ağızdolusu danışsınlar.
Seçki məntəqəsinin hər cür avadanlıqlarla, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb paylanılmış təlimat, qayda və izahlarla, həmçinin yaddaş kitabçaları ilə təmin edilməsi seçki günü bizim işimizi xeyli asanlaşdıracaq. Seçicilər də həmin gün hər hansı bir çətinliklərlə qarşılaşsalar, bu ləvazimatlar onların köməyinə çatacaq. Məntəqəmizdə həmçinin müşahidəçilər üçün əlverişli şərait yaradılıb. Bununla yanaşı, "ana və uşaq" otağı, həkim məntəqəsi yaratmışıq. MSK tərəfindən verilmiş dəmir seyf sənədlərin etibarlı saxlanılması və qorunmasında böyük rol oynayır. Ötən seçkilərdən fərqli olaraq builki seçkilərdə MSK tərəfindən generator da verilib. Seçki prosesi zamanı elektrik xətlərində hər hansı bir qəza yaranarsa, biz generatordan istifadə edəcəyik. Göründüyü kimi, bu da seçkilərdə şəffaflığın təmin olunması üçün bir yenilikdir. Əgər seçkinin gedişi zamanı elektrik enerjisi kəsilərsə, belə məqamlarda öz şəxsi mənafelərinə üstünlük verən məğlublar elektrik enerjisinin "məqsədli kəsildiyini" bəhanə edə bilməyəcəklər.
Əhali arasında maarifləndirmə işinin aparılması vacib məsələlərdəndir. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış plakatların bu sahədəki müsbət rolu xüsusi qeyd edilməlidir. Əhalinin gur olan yerlərində seçkiyə çağırış plakatlarının və hər bir Azərbaycan vətəndaşının seçkidə iştirakının böyük əhəmiyyət kəsb etdiyini bildirən əyani vəsaitlər maarifləndirmə işində böyük rol oynayır.
Deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyasının aparılmasında hər hansı bir qanun pozuntusu qeydə alınmayıb. Onlar üçün hazırlanmış xüsusi lövhələrdə və qanunçuluqda nəzərdə tutulmuş yerlərdə şəkillərini və platformalarını yerləşdirmək üçün bərabər şərait yaradılıb. Artıq 14 səsvermə kabinələrinin hamısı quraşdırılıb. Biz indi səbirsizliklə noyabrın 7-də seçicilərin məntəqələrə gəlib səs vermələrini gözləyirik. Əminik ki, builki seçkilər də ötən seçkilər kimi şəffaf, obyektiv, azad və ədalətli keçiriləcək.

{nl}

Hacı Kamal GÜLÜŞOV, 4 saylı Saatlı şəhər seçki məntəqəsinin sədri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında