Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 1016 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçmişdir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından (MSK) bildirmişlər ki, parlament seçkilərini izləmək üçün noyabrın 2-dək MSK-da 1016 beynəlxalq müşahidəçi və xarici ölkələrdən 18 kütləvi informasiya vasitəsinin 41 nümayəndəsi qeydiyyatdan keçmişdir.
Bundan başqa, MSK-da 3466, dairə seçki komissiyalarında isə 42494 yerli müşahidəçi qeydə alınmışdır.
Onlardan 5322-si QHT-lərin, 8097-si siyasi partiyaların və siyasi partiya bloklarının nümayəndələri, qalanları isə öz təşəbbüsü ilə müşahidə aparmaq istəyənlərdir.
Beynəlxalq müşahidəçilərin sırasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının, Avropa Şurası Parlament Assambleyasının, Türkdilli ölkələrin Parlament Assambleyasının və digər nüfuzlu təşkilatların müşahidə missiyalarının təmsilçiləri vardır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında