Azərbaycanın dövlət rəmzləri Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən beynəlxalq mühafizə məqsədi ilə qeydiyyata alınmışdır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən bildirmişlər ki, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət rəmzləri - bayraq və gerb müvafiq qaydada mühafizə olunması məqsədi ilə Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) beynəlxalq bürosu tərəfindən qeydiyyata alınmışdır.
SMPDK-nin DƏMT-ə rəsmi müraciəti əsasında qurumun beynəlxalq bürosu tərəfindən qeydiyyata alınmış dövlət rəmzləri haqqında rəsmi bülletendə məlumat çap edilmişdir. Həmçinin DƏMT-nin rəsmi saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilmişdir (www.wipo.int/ipdl/en/6ter ).
Qeyd edək ki, Paris Konvensiyasının 6ter maddəsinə əsasən, dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri və damğalarının əmtəə nişanı kimi və ya nişanlarda xüsusi element kimi qeydiyyatı və istifadəsinə yol verilmir.
Azərbaycan sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 1995-ci il dekabrın 25-də qoşulmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında