Voloqdada Heydər Əliyevin xatirə lövhəsi qoyulacaqdır

Voloqda şəhərinin Oktyabr küçəsindəki parkda Heydər Əliyevin xatirə lövhəsi vurulacaqdır.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, xatirə lövhəsinin açılış mərasimi Azərbaycan, Belçika, Ukrayna və Kiprin baş konsullarından, eləcə də Belarus, Rumıniya, Qırğızıstan, Tacikistan, Peru və Anqola diplomatlarından ibarət nümayəndə heyətlərinin Voloqda vilayətinə səfəri çərçivəsində həyata keçiriləcəkdir. Qonaqlar Krujeva Muzeyinin və Heydər Əliyevə həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcək, Bryançaninovların malikanəsində olacaqlar.
Xatırladaq ki, 1983-cü ilin yayında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Voloqdaya "Şəhər zəhmətkeşlərinin təsərrüfat və mədəni quruculuqda qazandığı uğurlara, inqilabi xidmətlərinə və Böyük Vətən müharibəsində qələbəyə töhfələrinə görə" Oktyabr İnqilabı ordeni təqdim etmək üçün bu şəhərə gəlmişdir. Səfər müddətində Heydər Əliyev Voloqda zavodlarında, diyarşünaslıq muzeyində olmuş və parkda Belyayevin abidəsinin yanında palıd ağacı əkmişdir.
Xatirə lövhəsinin açılışı noyabrın 4-də olacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında