MSK nəzdində seçkiqabağı təşviqat qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirən Mətbuat qrupunun iclası keçirilmişdir

Noyabrın 2-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində seçkiqabağı təşviqat qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirən Mətbuat qrupunun iclası keçirilmişdir.
İclasda 29 saylı Səbail seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınmış Fuad Muradovun müraciətinə baxılmışdır.
MSK üzvü, Mətbuat qrupunun rəhbəri Azər Tağıyev məsələ ilə bağlı məlumat vermişdir.
Mətbuat qrupunun üzvləri məsələyə münasibət bildirmişlər.
Sonda müraciətlə bağlı müvafiq qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasının iclasına tövsiyə olunmuşdur.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi iştirak etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında