Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanmışlar

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanmışlar.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Türkiyə vətəndaşları - Kaplan Onur Tahsin oğlu, Kitiş Suat Osman oğlu və qeyriləri cinayət əlaqəsinə girərək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərmişlər.
Məlum olmuşdur ki, 2010-cu ilin aprel ayında Onur Kaplan, Suat Kitiş və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədi ilə cinayət əlaqəsinə girmişlər. Bundan sonra, adları çəkilən şəxslər və qeyriləri xaricdə istehsal olunmuş müxtəlif markalı "GSM" kanal paylayıcılarını və digər texniki avadanlığı əldə edərək, 2010-cu il oktyabr ayının əvvəlində Bakı şəhərinin Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırıb qanunsuz fəaliyyət göstərməyə başlamışlar.
Bu hüquqazidd əməllərini davam etdirən Onur Kaplan, Suat Kitiş və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 32 "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlığa daxil etdikdən sonra İnternetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişlər. Göstərilən ünvana baxış keçirilərkən həmin avadanlıq işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, Onur Kaplan, Suat Kitiş və qeyrilərinin qanunsuz təşkil etdikləri beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qısa müddətdə 18 min 345 manatdan artıq ziyan vurulmuşdur.
Qeyd olunmalıdır ki, həyata keçirilmiş bu əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti ifşa edilməklə yanaşı, eyni zamanda, həmin rabitə şəbəkəsindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınmışdır.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi açılmışdır. Onur Kaplan və Suat Kitiş təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında