Prokurorluq orqanlarına işə qəbul olunmaqla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarına  işə qəbul olunmaq istəyən şəxslər üçün 80 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.

{nl}

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96, habelə 2007-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış və qanunvericiliyə müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmətini başa vurduqdan sonra bu mərhələdə iştirak edən digər 3 namizədin hazırlıq səviyyəsini, dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədi ilə martın 9-dan 16-dək Baş Prokurorluğun müsabiqə komissiyası tərəfindən müsahibə keçirilmişdir. 

{nl}

Müsabiqənin nəticələrinə görə 80 gənc hüquqşünasProkurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplamışlar. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən həmin namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək, təlimi müvəffəqiyyətlə bitirdikdən və peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra müvafiq vakant ştat vahidlərinə təyin olunacaqlar.

{nl}

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və “Qəbul otağı”ndakı lövhədə yerləşdirilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında