Dövlət Sərhəd Xidmətinin Kiçik Mütəxəssislərin Hazırlığı Təlim Mərkəzində gənc əsgərlərin hərbi andiçmə mərasimi

Oktyabrın 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki Kiçik Mütəxəssislərin Hazırlığı Təlim Mərkəzində bu ilin oktyabrında hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik etmiş, müqəddəs Vətən torpağını qorumağın şərəfli iş olduğunu bildirmiş, bu gün hər bir azərbaycanlının zəbt olunmuş torpaqlarımızın geri qaytarılması üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə daim hazır olduğunu bildirmişdir.
"N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Mehman Yusifov gənc əsgərləri təbrik etmiş, Vətənimizin sərhədlərinin qorunmasında, hərbi bilkilərə yiyələnməkdə onlara uğurlar arzulamışdır.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Toplantıda DSX-nın rəisi, Sərhəd Quşunlarının komandanı, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbrik teleqramı oxunmuşdur.
Mərasimdə çıxış edən gənc əsgərlər, zabitlər və valideynlər əlamətdar gün münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etmiş, sərhədlərimizin etibarlı mühafizəsinə, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmlədirilməsinə və sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda şəxsi heyət təntənəli marşın sədaları altında nizamlı addımlarla tribuna önündən keçmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında