Sloveniyalı professor Lahıc qəsəbəsindədir

Azərbaycan və Sloveniya arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən "Dünən, bu gün, sabah" adlı layihənin əlaqələndiricisi, incəsənət professoru xanım Vesna Çrnivets oktyabrın 15-dən İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdədir.
Azərbaycanın Sloveniyadakı səfirliyinin, bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə hazırlanmış layihə ilə bağlı Azərbaycanda və Sloveniyada 2010-2011-ci illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Vesna Çrnivets demişdir ki, 2002-ci ildən bəri müxtəlif layihələr və tədbirlər çərçivəsində 10 dəfə Azərbaycana gəlmiş, 2008-ci ildə təşkil olunmuş "Gənclik və mədəni irsimizin qorunması" layihəsi ilə bağlı Lahıcda olmuşdur. O zaman "Lahıca xoş gəlmisiniz " adlı 17 dəqiqəlik qısametrajlı film çəkmiş, 45 şəkildən ibarət fotosərgi hazırlamışdır. Budəfəki səfərində isə Lahıc kənd orta məktəbində həmin filmin təqdimatı keçirilmiş, fotaşəkillərin sərgisi açılmışdır. Yüksək sənətkarlıqla çəkilmiş və dolğun məzmuna malik film və fotosərgi qəsəbə sakinlərində böyük maraq doğurmuşdur.
Vesna Çrnivetsin demişdir: Bu film və fotosərgi artıq Sloveniyanın Lyublyana şəhərindəki "Pionerski dom" incəsənət mərkəzində, "Volentin Vodnik" adına mədəniyyət mərkəzində, Lyublyana Universitetinin etnoqrafiya və mədəni antropologiya fakültəsində nümayiş etdirilmişdir. Film və sərgi Bakıda Azərbaycan Universitetində də göstəriləcəkdir. Hazırda yeni layihə üzərində işləyirəm. "Yay məktəbi" adlanan bu layihə hər iki ölkənin tələbə və müəllimlərinin qarşılıqlı istirahətinin təşkilini nəzərdə tutur. Lahıc Sloveniyadan gələn hər kəs üçün tayı-bərabəri olmayan mədəniyyət və istirahət guşəsidir.
Professor Vesna Çrnivetsə Fransanın "Danone Azərbaycan " şirkətinin hesabatlar üzrə mütəxəssisi, əslən Lahıcdan olan Billurə Bayramova, Lahıc kənd orta məktəbinin direktoru, əməkdar müəllim Hikmət Haqverdili yaxından kömək göstərmişlər. Qonaq bu dəfə də qısametrajlı film çəkmişdir. Professor, habelə məktəblilər tərəfindən çəkilən və Azərbaycanın milli geyimlərini əks etdirən rəsmlər toplusu da hazırlamışdır. Bu rəsmlər gələn il Sloveniyada uşaqlar tərəfindən çəkilmiş milli geyimlərin beynəlxalq rəsm sərgisində nümayiş etdiriləcəkdir. Tanınmış fotojurnalist, rəssam və tərcüməçi uşaqlara qısametrajlı film və foto çəkilişlərinin incəliklərini öyrətmişdir.
Vesna Çrnivetsin Lahıca səfəri noyabrın 2-də başa çatacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında