Sağlamlıq imkanları məhdud olan ifaçıların konserti

Naxçıvanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud olan ifaçıların konserti olmuşdur.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov konsert proqramına baxmışdır.
Konsertin aparıcısı qeyd etmişdir ki, muxtar respublikada bütün sahələrin inkişafının təmin edilməsi ilə yanaşı, əhalinin aztəminatlı hissəsinin, o cümlədən sağlamlıq imkanları məhdud insanların, şəhid ailələrinin, ahılların sosial müdafiəsinin gücləndirilməsinə də ciddi diqqət yetirilir. Regionda sağlamlıq imkanları məhdud vətəndaşlarımızın sosial müdafiəsi və sağlamlıqlarının bərpası məqsədi ilə ardıcıl tədbirlər görülür. Onların fərdi evləri, nəqliyyat vasitələri ilə təmin edilməsi, sosial xidmətlərin göstərilməsi, müalicə və istirahətlərinin təşkili həyata keçirilən tədbirlərin yalnız bir ifadəsidir. Bütün bunlarla bərabər, belə insanların asudə vaxtlarının səmərəli keçirilməsi, xüsusi istedada malik olanların aşkara çıxarılması məqsədi ilə müxtəlif idman yarışları, əl işlərindən və rəsm əsərlərindən ibarət sərgilər, bədii yaradıcılıq baxış-müsabiqələri təşkil edilir. Sağlamlıq imkanları məhdud ifaçıların konserti bu istiqamətdə görülən işlərin məntiqi davamıdır.
Ali Məclisin sədri sonda uğurlu konsert proqramına görə ifaçılara təşəkkürünü bildirmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında