Misirdə "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir

Oktyabrın 31-də Azərbaycanın Misirdəki səfirliyi, Gənclər və İdman Nazirliyi və Misirin Qahirə Universitetinin birgə layihəsi olan "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə start verilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazıları nəzərdə tutulmuşdur.
Layihənin məqsədi misirli gənclərin, tələbələrin və gənc elm xadimlərinin Azərbaycan haqqında biliklərini artırmaq, onları ölkəmizlə bağlı elmi-tədqiqat işlərinə həvəsləndirməkdir.
Gənclər və İdman Nazirliyinin dəvəti ilə Azərbaycanla daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşa müəllifinin ölkəmizə səfəri təşkil olunacaqdır.
İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Əzhar, İsgəndəriyyə, Qahirə Amerika Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcəkdir.
Qalibləri mükafatlandırma mərasimi 2011-ci il yanvarın 25-də olacaqdır.
Qahirə Universitetinin rektoru Hüsəm Kamil və prorektor Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlamış, onun körpü rolunu oynayaraq, Azərbaycan və Misir gənclərinin birliyinin möhkəmlənməsinə, ölkələrimizin elm dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əmin olduqlarını bildirmişlər.
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin əlaqələndiricisi, "Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu" proqramının direktoru Pakinam əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən maraqla qarşılandığını vurğulamış, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasında dostluğun güclənməsinə xidmət etdiyini demişdir.
Layihə çərçivəsində Azərbaycanın Misirdəki səfirliyi tələbələrlə görüşlər keçirəcək, onlara yazdıqları inşa mövzusu ilə bağlı elmi və tədqiqat materialları verəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında