Noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatdırılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatdıracaqdır. Sonra bu işlər Ağsu rayonunda davam etdiriləcək və bütün Aran zonası rəqəmsal televiziya ilə əhatə ediləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, "Teleradio" İB Almaniyanın "Rohde & Schwarz" şirkəti ilə rəqəmsal ötürücülərin alınmasına dair müqavilə imzalamışdır. Yaxın vaxtlarda analoq televiziya avadanlığının alınmasına dair də müqavilə imzalanacaqdır.
Bundan başqa, regional səviyyədə 10 telekanaldan ibarət sosial paketin tətbiqi planlaşdırılır. Bu paketə, əsasən, Azərbaycan kanalları daxil ediləcəkdir. Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti , "İdman Azərbaycan" telekanalı və "Lider" TV-nin verilişləri rəqəmsal formatda təqdim edilir. Yaxın vaxtlarda bu sistemə "Xəzər" telekanalı da qoşulacaqdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında