9 ayın yekunları müzakirə olundu

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikanın iqtisadi qüdrəti və beynəlxalq aləmdə nüfuzunun daim artdığını vurğulayıb, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdığını, eləcə də qazanılmış bu uğurların Azərbaycanın hərtərəfli tərəqqisinə səbəb olduğunu bildirib.
Nazir oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələri diqqətə çatdıraraq, nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü islahatlar və onların nəticələri barədə danışıb. Həyata keçirilən tədbirlərin nəticəsi kimi, cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda dinamik inkişaf tempinin müşahidə olunduğunu bildirən nazir qeyd edib ki, hesabat dövründə İKT sektorunda artım tempi 34 faiz, o cümlədən telekommunikasiya sektorunda 33,9 faiz, poçt sektorunda isə 20,7 faiz təşkil edib.
Əli Abbasov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-nin real artım tempi 4,1 faiz, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 2,1 faizə bərabər olub. Bundan sonra iclasda 2010-cu ilin 9 ayının yekunları, "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin ilkin nəticələri və qarşıda duran vəzifələr, operatorlar, provayderlər arasında arabağlantı məsələlərinin tənzimlənməsi, onlara məhdud resursların ayrılması, resurslardan səmərəli istifadəyə nəzarət, eləcə də universal telekommunikasiya və poçt xidmətlərinin təşkili üzrə məsələləri əhatə edən məruzələr dinlənilib. Həmçinin, tədbirdə RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyaya yekun vuran Əli Abbasov ölkə rəhbərliyinin respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə əldə olunan inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərini daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini səfərbər etməyə çağırıb və həlli vacib məsələlərin icrası üçün tapşırıqlar verib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında