Mükafatlandırma mərasimi keçirilmişdir

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 65 illik yubileyinə həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır" layihəsi və "Xilas olunmuş dünya da xatırlayır..." mövzusunda beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır" layihəsi çərçivəsində cari ilin fevral-iyun aylarında keçirilən ən yaxşı şeir, mahnı və rəsm müsabiqələrində Bakı şəhərindəki 40-dan çox ümumtəhsil məktəbin, lisey və gimnaziyanın və respublikanın müxtəlif regionlarından "Rus dilinin intensiv tədrisi" layihəsi üzrə seçilmiş pilot məktəblərin şagirdləri də iştirak ediblər.
"Xilas olunmuş dünya da xatırlayır..." mövzusunda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində Azərbaycandan 50 şagird iştirak edib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilmiş müsabiqə qaliblərinin rəsmlərindən ibarət albomda qalib gəlmiş 27 nəfər azərbaycanlı şagirdin rəsm əsəri də əksini tapıb.
Mərasimdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzinin direktoru və Təhsil Nazirliyinin əməkdaşları çıxış ediblər. Müsabiqə laureatlarına, qalib məktəblərin rus dili müəllimlərinə qiymətli hədiyyələr və mükafatlar təqdim olunub.
Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında