Ombudsman Aparatında Milli Preventiv Mexanizmin fəaliyyəti üzrə treninq-seminar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və qurumun Bakı ofisinin birgə təşkilatçılığı ilə Ombudsman Aparatı yanında yaradılmış İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri üçün MPM-in fəaliyyətinin gücləndirilməsi ilə bağlı dörd günlük treninq-seminar keçirilmişdir.
Ombudsman Aparatından bildirmişlər ki, tədbirdə çıxış edən müvəkkil Elmira Süleymanova və ATƏT DTİHB-nin eksperti Liana Adler treninq-seminarın məqsədini açıqlamışlar.
E.Süleymanova nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və bu qurumun Bakı ofisi ilə sıx əməkdaşlıq əlaqələri yaradıldığını, həmin ofisin Azərbaycan hökumətinə insan hüquqlarının müdafiəsi, habelə işgəncə və pis rəftar hallarına qarşı mübarizədə kömək göstərdiyini, ombudsmanın fəaliyyətinə dəstək verdiyini diqqətə çatdırmış, ATƏT-lə birgə bu istiqamətdə konfrans və seminarların keçirildiyini söyləmişdir.
L.Adler BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu çərçivəsində öhdəliklərin xülasəsi, digər ölkələrin müsbət təcrübəsi barədə danışmışdır.
Seminarlarda MPM tərəfindən baxışların keçirilməsi metodikası, müvafiq hesabatların hazırlanması, eləcə də dövlət orqanları və QHT sektoru ilə əlaqələrin qurulması perspektivləri və digər məsələlər müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında