Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın "PBS" televiziya kanalına etirazını bildirmişdir

Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın "PBS" televiziya kanalına Azərbaycanın Qarabağ bölgəsi haqqında "Sülh və müharibədə yaşayan insanların əhvalatı" adlı sənədli filmin nümayişinə görə etiraz məktubu göndərmişdir.
Məktubda bildirilir ki, oktaybrın 24-də "PBS" kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında "Sülh və müharibədə yaşayan insanların əhvalatı" adlı ziddiyətli sənədli film yayımlamışdır. Filmdə Qarabağ bölgəsinin əhalisinin 80 faizini təşkil edən azərbaycanlıların tarixi və mədəni irsi haqqında heç bir məlumat verilməmişdir.
Fond "PBS" televiziya kanalına tövsiyə etmişdir ki, Qarabağ bölgəsinin mədəniyyəti və tarixi haqqında Azərbaycanın da mövqeyini əks etdirən filmlər yayımlasın. Belə filmlər geniş amerika auditoriyasına nəinki Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycanı tanıdar, həm də onun dünya mədəniyyətinə verdiyi böyük töhfələri və müstəsna rolunu da göstərmiş olar.
Qarabağ Fondu hər zaman "PBS" televiziya kanalına Azərbaycanın tarixi, incəsənəti və mədəni irsi haqqında həqiqətləri əks etdirən sənədli materialları təqdim etməyə hazırdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında