Parlament seçkilərinin gedişini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası ikinci aralıq hesabatını açıqlamışdır

Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərinin gedişini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası ikinci aralıq hesabatını açıqlamışdır.
ATƏT-in məlumatında deyilir ki, seçkilərə hazırlıq prosesi fəal şəkildə davam etdirilir. Bildirilmişdir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasları KİV-lərin nümayəndələri və müşahidəçilər üçün açıqdır. MSK seçicilər, seçki qurumları və polis əməkdaşları üçün maarifləndirmə işlərini davam etdirir, həmçinin seçici siyahılarının təkmilləşdirilməsi istiqamətində ciddi səylər göstərir.
Seçici siyahıları seçicilər üçün açıqdır və seçki məntəqələrində seçicilərin sərbəst şəkildə tanış ola biləcəyi yerdə asılmışdır. Seçicilərə siyahıda özləri ilə bağlı yanlış məlumatları düzəltmək imkanı yaradılmışdır. Müşahidə missiyası seçki prosesinin normal məcrada keçdiyini bildirmişdir.
Aralıq hesabatda, həmçinin qeyd edilmişdir ki, oktyabrın 25-dən başlayaraq, MSK quruma daxil olan 224 şikayəti araşdırmış, 42 şikayət tam təmin edilmişdir.
Şikayətlərə baxılması prosesi sürətlə və heç bir ləngimə olmadan həyata keçirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında