Seçkilərə hazırlıq yüksək səviyyədədir

Bir həftədən sonra keçiriləcək Milli Məclisə seçkilərə ölkənin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da ciddi hazırlıq görülür.
Neftçala rayonundan olan 44223 seçici səsvermə günü iki dairənin - 60 saylı Salyan - Neftçala və 61 saylı Neftçala şəhər seçki dairələrinin məntəqələrinə gedərək siyasi iradələrini ifadə edəcəklər. Bundan ötrü məntəqə seçki komissiyaları hər cür hazırlıq tədbiri görüblər. Rayon icra hakimiyyəti tərəfindən məntəqələrin texniki təminatı tam həllini tapıb. 61 saylı dairədə öyrəndik ki, burada hazırda səsvermə bülletenlərinin məntəqələrə çatdırılması prosesi gedir. Səs verəcək 39693 seçicidən 423-ü ilk dəfə bu siyasi kampaniyada iştirak edəcək, 252 nəfər seçki ərəfəsində 18 yaşı tamam olan vətəndaşlardır. Milli Məclis üzvlüyünə namizədlər 5 nəfərdir. Onlardan 1-i YAP, 1-i AVP, 1-i Demokratik Azərbaycan Partiyasını təmsil edir. Qalan 2 nəfər öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılıb.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsində də hazırlıq son mərhələdədir. Dairə seçki komissiyasının sədri Əzizağa Hətəmov bildirdi ki, burada qeydə alınmış namizədlər 4 nəfərədir. 1-i Sosial Rifah Partiyasından, 3-ü isə bitərəfdir. Məntəqələr səsverməyə tam hazırdır. Dairənin əhatə etdiyi 42 seçki məntəqəsində 43231 seçici səsverməyə qatılacaq. Dörd nəfər yaşı 100-dən yuxarı, 907 nəfər 18 yaşı tamam olanlar, qalanı isə müxtəlif yaş kateqoriyasına aid vətəndaşlardır. Belə bir əminlik var ki, bütün məntəqələrdə səsvermə açıq, demokratik və şəffaf şəraitdə keçəcək, hər kəs istədiyi namizədə səs verəcək.
Cəlilabad rayonunun seçiciləri də bir neçə dairənin məntəqələrində öz seçki hüquqlarını reallaşdıracaqlar. Burada da namizədlərə bərabər şərait yaradılıb. Məntəqələrin təminatı yaxşıdır. Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis kapitanı Rafael Abdinovun dediyinə görə, bütün yaşayış məntəqələrində şəxsiyyət vəsiqələrinin verilməsi sürətlənib. Ucqar kəndlərdə səyyar qəbullar təşkil olunub və sənədlər hazırlanıb ki, vəsiqələr operativ qaydada dəyişdirilsin. 25, 35 və 50 yaşla əlaqədar buna ehtiyac duyan yüzlərlə vətəndaş bir neçə günə yeni sənədlərini alıb. Şiləvəngə, Muğan, Uzuntəpə və Günəşlidə səyyar qəbullarda 2 minə qədər sənəd hazırlanıb. Bundan başqa, seçki gününədək vaxtı keçmiş şəxsiyyət vəsiqəsini müəyyən səbəbdən dəyişdirə bilməyən vətəndaşlar həmin gün 7 saylı müvəqqəti şəxsiyyət sənədi ilə təmin olunacaq və bundan sonra məntəqəyə gedib səsverməyə qatılacaqlar. Yəni sənədlərlə bağlı heç bir problem yaşanmayacaq.
Cənub bölgəsinin rayonlarında Milli Məclisə seçkilərlə əlaqədar xüsusi bir fəallıq müşahidə olunur. Burada bütün seçki məntəqələrində seçici fəallığının təmin ediləcəyinə inam böyükdür.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında