Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayı öz işinə başlamışdır

Oktyabrın 29-da Almatı şəhərində Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının (QAA) birinci qurultayı öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, qurultaya Qazaxıstanın dövlət, hökumət rəsmiləri, deputatlar, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistan və digər xalqların Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunmuşlar.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov da iştirak edir.
Qurultayda Assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcəkdir.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında