Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində xüsusi layihə üzrə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlər davam etdirilir. Oktyabrın 29-da Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev layihə çərçivəsində mərkəzin qonağı olmuşdur.
"Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri" mövzusunda keçirilmiş toplantıda ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən danışılmışdır.
Səfir bildirmişdir ki, eyni tarixi kökə, dinə, dilə mənsub olan Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bildirilmişdir ki, Özbəkistan Cənubi Qafqazda sülh və təhlükəsizlik amili olan Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Təsadüfi deyildir ki, Özbəkistanın Cənubi Qafqazda yeganə diplomatik nümayəndəliyi Azərbaycandadır.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 27-28-də Özbəkistana rəsmi səfərini xatırladaraq bildirmişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verir.
Özbəkistanın Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini deyən səfir ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və bu məqsədlə bir sıra layihələrin həyata keçiriləcəyini diqqətə çatdırmışdır. Hər iki ölkə arasında beynəlxalq yük və sərnişin daşımalarının həcminin artırılması üçün yeni aviareyslər açılacaq, gələn ayın əvvəlində isə Özbəkistanda Azərbaycanın iqtisadi nailiyyətlərinə həsr olunan sərgi keçiriləcəkdir.
Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran İ.Erqaşev Milli Məclisdə Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsini yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat demişdir ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu siyasət dəyişməz olaraq qalacaqdır. Özbəkistanın separatizmə qarşı çıxdığını deyən səfir vurğulamışdır ki, heç bir ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmağa ixtiyarı yoxdur.
İ.Erqaşev, həmçinin bildirmişdir ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək səviyyədədir.
Tədbirdə Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, diplomatlar, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında