YAP-da mətbuat konfransı

Bu ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla həyata keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransı keçirmişdir. Fondun sədri çıxışında bildirmişdir ki, sosial sığorta və pensiya təminatı sahəsində fərdi uçota əsaslanan yığım sisteminə keçidin sürətləndirilməsi və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması üçün qanunvericiliyin 2006-cı ildən tətbiqinə başlanmış, pensiya təminatı sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini təşkil edən dövlət sosial müavinətləri və sığorta-pensiya sistemlərinin bir-birindən ayrılması təmin olunmuşdur. Bununla da ölkədə pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır.
S.Müslümov daha sonra xatırlatmışdır ki, yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunmuşdur. Məsələn, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Artım prosesində pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 116 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olmuşdur. Belə ki, artım məbləği pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla) üzrə 12 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə 20 manat təşkil etmişdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25 qəpiyə çatdırılmışdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (II Dünya müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artmışdır. II Dünya müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 15 manat, I qrup II Dünya müharibəsi əlillərinin 25 manat 50 qəpik, II qrup əlillərin 21 manat, III qrup əlillərinki isə 19 manat artırılmışdır.
Natiq daha sonra demişdir: - Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Rusiyada 90,2 dollar, Belarusda 82,1 dollar, Ukraynada 89,8 dollar, Ermənistanda 21,6 dollar və s. təşkil edir. Qeyd olunan tendensiya digər sosial müdafiə tədbirləri üzrə də xarakterikdir. Məsələn, Prezident İlham Əliyevin tapşırıqları əsasında "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"a uyğun olaraq hazırlanan təkliflər əsasında 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmış, eləcə də 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği MDB üzrə Azərbaycanda (1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat) qeydə alınmışdır. Halbuki Qazaxıstanda bu məbləğ Azərbaycan manatı ilə götürsək, təxminən 357 manat, Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat və s. təşkil etmişdir.
S.Müslümov jurnalistlərin diqqətinə onu da çatdırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.
Sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Bu baxımdan fond sistemində görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətlərində qruplaşdırmaq olar.
Son statistikaya əsasən, Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 97,6 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 98,8 faizinın ödənişi plastik kartlarla həyata keçirilir. Belə ki, bu ilin 9 ayının göstəricilərinə əsasən pensiyasını plastik kartla əldə edənlərin sayı 1 milyon 126 min 625 nəfər təşkil edir. Bu ilin 9 ayı ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan almaq şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Cari ilin yanvar-oktyabr ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 7803 nəfər artıb. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır və yuxarıda qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və post-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində addımlar atılır.
Sonda fondun sədri KİV nümayəndələrinin suallarını cavablandırmışdır.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında