Azərbaycan Respublikasının Baş Prokurorluğunda MDB müşahidə missiyası qərargahının rəhbəri ilə görüş olmuşdur

Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə səfəri çərçivəsində MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmüşdür.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan hərtərəfli islahatlar, demokratik və tam şəffaf prosedurlar əsasında seçkilərin keçirilməsi üçün mütərəqqi qanunvericilik bazasının mövcud olması, ölkə vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi üçün bütün əsasların yaradılmasını xüsusi vurğulayan baş prokurorun birinci müavini Milli Məclisə keçiriləcək seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
MDB ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən Yevgeni Sloboda müşahidə missiyası üçün lazımi şəraitin yaradıldığına görə təşəkkürünü bildirmiş, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş və faydalı fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında