Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri Sankt-Peterburqda keçirilmiş beynəlxalq konqresdə iştirak etmişlər

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 29-da Tavriçeski sarayında "Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik" mövzusunda üçüncü beynəlxalq konqres keçirilmişdir. Tədbirdə 16 ölkədən beynəlxalq təşkilatların, qanunverici və icraedici orqanların, MDB ölkələri dövlət yol polisinin nümayəndələri iştirak etmişlər.
Konqresi Rusiya Federasiya Şurasının sədri Sergey Mironov açaraq, müzakirə olunacaq mövzunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
Mərasimdə Azərbaycanın daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov məruzə ilə çıxış etmişdir.
Konqres çərçivəsində keçirilən "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda "dəyirmi masa"da Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov iştirak etmişdir.
Tədbirin yekununda qəbul edilmiş bəyannamədə yol hərəkəti təhlükəsizliyindəki problemlərin həlli və milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində beynəlxalq parlamentlərarası əlaqələrin inkişafı üçün əsas istiqamətlər müəyyən edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında