Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfəri Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-28-də Ukraynaya rəsmi səfəri dost ölkənin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Məsələn, "Den" qəzeti və "Profil" jurnalı öz səhifələrində Azərbaycan Prezidenti ilə geniş müsahibələri "İlham Əliyev: Biz Sizin bütün uğurlarınıza və qələbələrinizə sevinəcəyik" və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan - əməkdaşlıq üçün arenadır" başlıqları altında dərc etmişlər.
Prezident İlham Əliyev müsahibələrində Azərbaycan-Ukrayna ikitərəfli münasibətləri, iqtisadi sahədə əməkdaşlıq, Azərbaycanda gedən sürətli inkişaf prosesləri, respublikanın beynəlxalq arenada rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu problemin dinc yolla tənzimlənməsinə yönəlmiş səylər barədə və digər suallara cavab vermişdir.
Ukrayna KİV-ləri dövlətimizin başçısının hər iki ölkə müstəqillik əldə etdikdən sonra onların münasibətlərinin uğurlu və dinamik inkişafına dair fikirlərinə, Azərbaycanın Ukrayna iqtisadiyyatına sərmayə qoymaq, qardaş ölkə ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək barədə ciddi niyyətlərinə xüsusi diqqət yetirmişlər.
Ukraynanın demək olar ki, bütün dövlət və müstəqil çap və elektron KİV-ləri Prezident İlham Əliyevin Kiyevə rəsmi səfərinin gedişini, ukraynalı həmkarı Viktor Yanukoviçlə danışıqlarını, iki ölkənin Dövlət Başçıları Şurasının ikinci iclasını geniş işıqlandırmışlar. Ukraynanın kütləvi informasiya vasitələri bu səfəri uğurlu və səmərəli səfər kimi qiymətləndirmişdir.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında