Qürur doğuran göstəricilər

İki ildir ki, dünya iqtisadi böhran içərisindədir. Dünyanıın inkişaf etmiş neçə-neçə dövləti iqtisadi tənəzzülə məruz qalmışdı. Yüz minlərlə insan iş yerini itirmiş, iri sənaye, kənd təsərrüfatı müəssisələri müflisləşərək öz fəaliyyətlərini dayandırmışdır. SSRİ dağılandan sonra müstəqillik əldə edən respublikalar da bu böhrandan əziyyət çəkirlər. Bax, belə bir gərgin vaxtda Azərbaycanın hərtərəfli inkişaf etməsi, yeni-yeni müəssisələrin, sosial obyektlərin istifadəyə verilməsi adamda qürur hissi doğurur.
Fikir verin, maliyyə böhranının tüğyan etdiyi 2009-cu ildə Azərbaycan iqtisadiyyatı 9 faizdən çox inkişaf etmişdir. Məncə, təkcə bu göstəriciyə görə hər bir azərbaycanlının fəxr etməyə, sevinməyə haqqı var. Müstəqillik əldə etdiyimizin ilk illərində isə vəziyyət tamam başqa idi. Həyatın bütün sahələrində hərki-hərkilik idi, küçəyə çıxmağa, işə getməyə qorxurduq. Hakimiyyətdə olanlar öz kresloları uğrunda ölüm-dirim mübarizəsi aparırdılar. Bundan məharətlə istifadə edən tarixi düşmənimiz sayılan ermənilər isə torpaqlarımızı zəbt edir, soydaşlarımızı doğma yurd-yuvasından qovaraq öz ölkəsində qaçqına, məcburi köçkünə çevirirdilər.
Çox-çox şükürlər olsun ki, respublikamızda hökm sürən belə özbaşınalıq, xaos uzun sürmədi. 1993-cü ilin iyun ayından başlayaraq Azərbaycan rahat nəfəs aldı, hakimiyyətdəki durğunluğa, çəkişməlrə son qoyuldu. Ona görə ki, bu gün iftixarla haqqında xoş sözlər söylədiyimiz, minnətdarlıqla yad etdiyimiz ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbindən sonra ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmışdı.
Mən bu dahi şəxsiyyətin ölkəmizə ilk rəhbərliyi dövrünü də yaxşı xatırlayıram. 1969-1982-ci illəri əhatə edən həmin dövr Azərbaycanı çiçəklənən bir diyara, ahəngdar inkişaf edən qüdrətli ölkəyə çevirmişdi. Onun idarəetmə məharəti, təşkilatçılıq bacarığı keçmiş İttifaq miqyasında Azərbaycana şan-şöhrət gətirmişdi. Ulu öndər ikinci dəfə hakimiyyətə gələndə, ilk növbədə, Ermənistanla gedən müharibədə atəşkəs rejiminə nail oldu ki, vahimə içərisində yaşayan əhali nəfəsini dərsin, ölkədə qayda-qanun, sabitlik, əmin-amanlıq yaradılsın. İki dəfə dövlət çevrilişinə cəhdin, respublikanı parçalamaq məqsədi güdən separatçı hərəkətin qarşısını almaq Heydər Əliyev dühasının yenilməzliyi nəticəsində mümkün olmuşdur.
Ömrünü canından artıq sevdiyi xalqının yolunda şam kimi əridən Heydər Əliyev bizə müstəqilliyi əbədi olan, möhkəm təməl üzərində dayanan güclü bir ölkə bəxş edib. Hamımızın borcu onu qorumaq və davamlı surətdə inkişaf etdirməkdən ibarətdir. Nə üçün bunu xatırlayıram? Qanunverici orqanımız olan Milli Məclisə növbəti seçkilər yaxınlaşır. Deputatlığa namizədlər seçicilərlə görüşlərində, televiziya debatlarında öz platformalarını, düşüncələrini açıqlayırlar. Keçən seçkilərdə olduğu kimi, bu dəfə də müxalifət nümayəndələri hər şeyi qara görür, inkişafa, statistik rəqəmlərə şübhə ilə yanaşırlar.
Axı belə yaramaz. Doğrudur, ölkəmizdə həllini gözləyən problemlər istənilən qədərdir. Bunu Prezidentin özü də etiraf edir. Bizim hamımızın böyuk dərdi var. Torpağımız hələ də düşmənin əlindədir, ərazi bütövlüyümüz bərpa olunmayıb. Buna görə biz yekdil olmalıyıq. Bu məsələ xalqımızın qeyrət, namus məsələsidir. Gərək hamımız ölkə rəhbərliyi ətrafında sıx birləşək, bir nöqtəyə vuraq. Bu gün bizim 28 milyard dollardan çox valyuta ehtiyatımız, hər şeyə qadir olan güclü ordumuz varsa, fəxr etməliyik. Çünki dünyada güclülərlə hesablaşırlar, son nəticə onların xeyrinə olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın rifahının yaxşılaşması istiqamətində möhtəşəm işlər görür. Bütün Azərbaycan yeniləşir, abadlaşır, müasir dövrə uyğun inkişaf edir. Bunu görməmək, inkar etmək, sadəcə insafsızlıqdır. Cari ilin doqquz ayının yekunlarından danışan ölkə rəhbərimiz qürur hissi doğuran göstəricilərdən fərəhlə danışdı, qarşıda duran təxirəsalınmaz vəzifələrdən söz acdı. İqtidarlı, müxalifətli hamımızın borcudur ki, həmin vəzifələrin həyata keçirilməsinə çalışaq. Çünki hamımız Azərbaycan vətəndaşıyıq.

{nl}

Şövqi GÖYÇAYLI, Beynəlxalq Elmi İnkişaf və Ekologiya Akademiyasının həqiqi üzvü, coğrafiya elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında