Milli Məclisdə görüş

Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edən Rusiya Federasiyası Dövlət Duması və Federasiya Şurası üzvlərindən ibarət nümayəndə heyəti oktyabrın 28-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov son illər Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin möhkəmliyini diqqətə çatdırmış, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulamışdır. Oktyabrın 27-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasiminin keçirildiyini diqqətə çatdıran sədr bunun dövlətlərimiz arasında mehriban qonşuluq, dostluq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləmişdir.
O.Əsədov Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu, 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard 816 milyon ABŞ dolları təşkil etdiyini, cari ildə isə bu göstəricinin 2 milyard dolları keçəcəyinə əminliyini bildirmişdir. Ölkələrimizin ali qanunverici orqanları arasında əməkdaşlıq, Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qruplarının fəaliyyəti diqqətə çarpdırılmışdır.
Rusiya Federasiyası Dövlət Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin səmimi qəbula görə təşəkkür etmiş, Azərbaycanın son illərdə sürətlə inkişaf etdiyini, Bakının heyrətamiz dərəcədə dəyişdiyini bildirmişdir. Qonaq iştirak etdikləri "dəyirmi masa"da müzakirə olunan məsələlərin aktuallığını, vacibliyini, həmçinin belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırmışdır. Qarşıdan gələn parlament seçkilərinin Azərbaycanın siyasi həyatında mühüm hadisə olacağını söyləyən V.Pligin onun da əvvəlki seçkilər kimi şəffaf, demokratik və azad keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında