Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Qafqaz kimi mürəkkəb və mühüm regionda sabitliyin qarantıdır

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Qafqaz kimi mürəkkəb və mühüm regionda sabitliyin qarantıdır.
Bu sözləri jurnalistlərə Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr idarəsinin rəisi Sergey Vinokurov demişdir.
S.Vinokurov bildirmişdir ki, Rusiya-Azərbaycan münasibətləri hərtərəflidir, tarixi köklərə və ölkələrin yaxınlığına əsaslanır. Ona görə də Cənubi Qafqaz regionunda çox şey məhz bu münasibətlərdən asılıdır. Bizim münasibətlərimiz strateji tərəfdaşlığın həqiqi göstəricisidir. Biz indi, sözün yaxşı mənasında bir-birimizdən asılı ölkələrik. Bu asılılıq isə münasibətlərimizin strateji tərəfdaşlıq xarakterinin göstəricisidir.
S.Vinokurov demişdir ki, əməkdaşlığı yalnız bir qədər dinamik getməyən istiqamətlərdə dərinləşdirmək lazımdır. Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında mal dövriyyəsinin 2 milyard ABŞ dollarını ötməsi üçün qarşıya vəzifə qoymuşlar. Buna nail olmaq üçün imkanlar var və yalnız səy göstərmək lazımdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında