Azərbaycan KİV-lərinin nümayəndələri Türkiyəyə səfər etmişlər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup jurnalist Türkiyəyə səfər etmişdir.
Fonddan bildirmişlər ki, KİV-lərin təmsilçiləri və Azərbaycanın bu şəhərdəki baş konsulu Həsən Zeynalov əvvəlcə İstanbuldakı Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət etmişlər.
Sonra nümayəndə heyəti "Star" qəzetinin redaksiyasında olmuşlar. "Star" qəzetinin məsləhətçisi İbrahim Kiras qəzetin yaranma tarixi, fəaliyyəti, Türkiyə mətbuatı haqqında nümayəndə heyətinə ətraflı məlumat vermişdir.
Nümayəndə heyəti adından səmimi qəbul üçün təşəkkür edən fondun icraçı direktoru Vüqar Səfərli, qurumun bir illik fəaliyyəti haqqında məlumat verərək, KİV-lərin inkişafına onun göstərdiyi dəstəkdən danışmışdır.
Qeyd edilmişdir ki, qurumun təşkilatçılığı ilə reallaşan jurnalist qrupunun ilk xarici səfəri məhz qardaş Türkiyədən başlamışdır. Məqsəd Türkiyə jurnalistlərinin, ümumiyyətlə, mətbuatının təcrübəsini öyrənmək, onu Azərbaycanda tətbiq etməkdir.
Nümayəndə heyətinin üzvləri "Zaman-media" qrupunda da iş şəraiti ilə tanış olmuşlar.
"Cihan" İnformasiya Agentliyinin baş direktoru Abdulhamit Bilici ilə görüşdə nümayəndə heyətinə agentliyin tarixi, iş üslubu, strukturu haqqında ətraflı məlumat verilmişdir.
Sonra Azərbaycan mətbuatının nümayəndələri Türkiyə Baş nazirinin yanında Mətbuat və İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri Nəcməddin Altunbaş ilə görüşmüşlər.
Səfər proqramı çərçivəsində Türkiyənin Qəzetçilər və Yazarlar Fondunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında KİV-lərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.
"Dəyirmi masa"da hər iki ölkənin KİV-lərinin təmsilçilərinin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflər müzakirə edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında