Naxçıvan Azərbaycanın göz bəbəyidirsə, Türkiyənin göz nurudur

Bu sözləri jurnalistlərə dövlət naziri Zəfər Çağlayan demişdir
Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Azərbaycan-Türkiyə biznes forumu zamanı jurnalistlərə müsahibə vermişdir.
Zəfər Çağlayan demişdir ki, Naxçıvandakı inkişafın bu dərəcədə olduğunu təsəvvür etməzdim. İndi özüm bu inkişafın şahidi oldum. Onu deyim ki, son 18 ayda 63 ölkədə olmuşam. Ancaq məni bu qədər heyrətləndirən şəhərə rast gəlmədim. Bura kiçik bir ərazidir, amma burada böyük inkişaf gedir. Naxçıvanın türk dünyasında xüsusi yeri var. Bu bölgənin strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, abidələri türk dünyasının böyük dəyəri, böyük sərvətidir. Naxçıvan həm də Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Türkiyə ilə Naxçıvan arasında iqtisadi, ticari, siyasi əlaqələrin olması və ildən-ilə daha da inkişaf etməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bura iqtisadi cəhətdən güclüdür. Duzdağ otelinin parkında təşkil edilmiş sərgi böyük inkişafdan xəbər verir. Statistik rəqəmlərə də diqqət yetirdim. Mənə məlum oldu ki, ümumi daxili məhsulun həcmi muxtar respublikada 2010-cu ilin 9 ayı ərzində 2009-cu ilin həmin dövrü ilə müqayisədə 24,9 faiz artaraq 832 milyon 735 min manatdan çox olmuşdur. Bu fakt buradakı iqtisadi inkişafın nə qədər böyük olduğunun göstəricisidir. Düşünürəm ki, Azərbaycan-Türkiyə biznes forumunun Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvandakı türk iş adamlarının fəaliyyəti, onlar üçün yaradılan şərait məni sevindirdi. Biz iqtisadi əlaqələrimizi daha da genişləndirməliyik. Keçirilən forum da bu məqsədi daşıyır. Türkiyə də naxçıvanlı iş adamlarına geniş imkanlar açacaq.
Zəfər Çağlayan sonda onu da bildirdi ki, Naxçıvan blokada vəziyyətində ola bilər, ancaq Türkiyə hər zaman Naxçıvana dayaqdır. Əgər Naxçıvan Azərbaycanın göz bəbəyidirsə, Türkiyənin göz nurudur. Hamı bilməlidir ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayınca Türkiyə Ermənistanla heç bir əlaqə qurmayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında