Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə işçi qrupunun dördüncü iclası keçirilir

Oktyabrın 27-də Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə işçi qrupunun dördüncü iclası işə başlamışdır.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirmişlər ki, tədbirdə səkkiz ölkənin (Azərbaycan, ABŞ, Almaniya, Finlandiya, Gürcüstan, Niderland, Rusiya, Türkiyə) sərhəd xidmətlərinin və bir beynəlxalq təşkilatın (Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Agentliyi) ekspertləri iştirak edir.
Azərbaycan DSX-nin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupunun əsas vəzifələri dəniz sərhədlərinin etibarlı qorunması, sərhəd xidmətlərinin hüquqi bazasının öyrənilməsi, dənizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində müsbət təcrübə və məlumat mübadiləsinin aparılması, tövsiyələrin hazırlanması, qeyri-leqal miqrantların, narkotiklərin, qaçaqmalın, silah-sursatın, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkar edilməsi məqsədilə gəmilərə baxış metodlarının təkmilləşdirilməsindən, axtarış-xilasetmə əməliyyatlarının keçirilməsindən ibarətdir.
İclasda Sahil Mühafizə bölmələri əməkdaşlarının təlimi, hazırlanması və təkmilləşdirilməsi üzrə səmərəli sistemin yaradılması ilə əlaqəli məsələlər ətrafında müzakirələr aparılmış, dənizdə sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsinin davam etdirilməsi və işçi qrupun 5-ci iclasının 2011-ci ilin oktyabr ayında Bakıda keçirilməsi qərara alınmışdır.
İki gün davam edəcək tədbirin iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Sahil Mühafizəsinin bazasında olacaqlar.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında