Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının əməkdaşları üçün treninqlərə başlamışdır

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının katibliklərində çalışan informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün treninqlərə başlamışdır.
MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirmişdir ki, noyabrın 7-də keçiriləcək seçkilərə hazırlıqla bağlı son işlər gedir. Artıq bütün dairə və məntəqə seçki komissiyaları lazımi avadanlıq və digər ləvazimatla təmin olunmuşdur. Treninqlərin məqsədi dairə seçki komissiyalarının katibliklərində çalışan mütəxəssislərin peşəkarlığını artırmaq, səsvermə günü prosesin gedişi və nəticələr barədə məlumatların operativ şəkildə MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinə ötürülməsini təmin etməkdir.
R.Qasımov demişdir ki, bütün seçki dairələrində informasiya texnologiyaları üzrə mütəxəssislər vardır. Treninqlərə hər dairədən bir mütəxəssis cəlb olunmuşdur. Onlara seçki qanunvericiliyinin tələbləri, səsvermə günü hansı məqamlara daha çox diqqətin ayrılması və əməl olunması, proqram təminatı ilə necə davranmaq və digər məsələlər izah olunur.
Treninqləri MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin yüksək ixtisaslı, peşəkar mütəxəssisləri keçirlər.
Treninqlər üç gün davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında