Səbail uşaqlarına yeni hədiyyə

Səbail rayonunda daha bir sosial obyekt - uşaq bağçası təmirdən sonra istifadəyə verilmişdir. Üzeyir Hacıbəyov küçəsində yerləşən 130 saylı həmin uşaq bağçasında əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbirin əvvəlində qonaqlar bağça və burada aparılan təmir işlərinin yekunu ilə tanış olmuşlar. Qeyd olunmuşdur ki, bağça 1967-ci ildən fəaliyyət göstərir. Burada 3 qrupda 60 uşağın tərbiyəsi, onlara xidmətlə 17 müəllim və texniki işçi məşğul olur. Bu il bağçadan 15 uşaq orta məktəbin I sinfinə yola salınmışdır.
Son 20 il ərzində burada heç bir təmir aparılmadığından bağçada çox çətin vəziyyət yaranmışdı. Cari ilin yay aylarında Səbail Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir işlərinə başlanmışdır. Qısa müddət ərzində bağçanın bütün məşğələ və təsərrüfat otaqları, koməkçi sahələri əsaslı təmir olunmuşdur. Yeni işıqlandırma sistemi qurulmuş, qapı və pəncərələr, giriş qapısı yeniləri ilə əvəz edilmişdir. Döşəmənin parket örtüyü laklanmış, divarlar rənglənmişdir. Bağçanın su və kanalizasiya sistemi yenidən qurulmuş, sanitariya qovşağına, mətbəxə kafel və metlax vurulmuşdur. Bağça yeni avadanlıqla təmin olunmuş, uşaqlar üçün RİH əyləncə qurğuları, müxtəlif oyuncaqlar və yeni mebel almışdır. Giriş hissə və dəhlizdə müasir tərtibat işləri görülmüş, stendlər təzələnmişdir.
Açılış mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov uşaqları, bağça kollektivini və valideynləri təmirdən sonra istifadəyə verilmiş bu gözəl və işıqlı bağçanın yenidən fəaliyyətə başlaması ilə bağlı təbrik etmiş, balacalara ölkəmiz üçün layiqli övlad olmalarını arzulamışdır. A.Əsgərov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər, Səbail rayonunda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verərək bildirmişdir ki, cari ildə rayondakı 132-134 saylı Təhsil Kompleksində dövlət tərəfindən, Badamdar qəsəbəsi 236 saylı orta məktəbdə isə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir işləri aparılmış, yeni tədris ilinin əvvəlində bu təhsil ocaqları istifadəyə verilmişdir.
Bildirilmişdir ki, bu işlərlə yanaşı, rayon icra hakimiyyəti tərəfindən 2 saylı uşaq musiqi məktəbində, Badamdar Mədəniyyət evində və qəsəbədəki 9 həyətdə, 110 və 130 saylı uşaq bağçalarında, 15 saylı uşaq poliklinikasında əsaslı təmir işləri başa çatdırılmışdır. Badamdarda boş sahədə 2 istirahət parkı yaradılmış, hazırda isə qəsəbənin 2 həyətində, Bayıldakı Qafur Məmmədov adına parkda əsaslı təmir işləri aparılır. Xanlar küçəsi, 2 ünvandakı boş sahədə isə yeni istirahət güşəsi yaradılır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında