Azərbaycanda pensiyaların 98,8 faizinin ödənişi plastik kartlarla həyata keçirilir

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda bildirilir ki, 2010-cu il, oktyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda rayon və kəndlərdə yaşayan əmək pensiyaçılarının 97,6 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir.
Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 98,8 faizinın ödənişi plastik kartlarla həyata keçirilir. Belə ki, bu ilin 9 ayının göstəricilərinə əsasən, demək olar ki, pensiyasını plastik kartla əldə edənlərin ümumi sayı 1 milyon 126 min 625 nəfər təşkil etmişdir.
Bu ilin 9 ayı ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Yəni pensiyaçı pensiyasını arzu etdiyi şəkildə istədiyi bankomatdan almaq imkanı əldə etmişdir. Cari ilin yanvar-oktyabr ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 7803 nəfər artmışdır.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır və yuxarıda qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və pos-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində davamlı olaraq iş aparılır və uğurlu addımlar atılır.{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında