Görkəmli alim və ictimai-siyasi xadim İmam Mustafayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

Oktyabrın 26-da Hökumət evinin konfrans zalında görkəmli genetik və seleksiyaçı alim, biologiya elmləri doktoru, əməkdar elm xadimi, elm təşkilatçısı, ictimai-siyasi xadim, akademik İmam Daşdəmir oğlu Mustafayevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tanınmış alim və mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin "Akademik İ.D.Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının əhəmiyyətini vurğulamışdır.
Akademik İ.Mustafayevin zəngin elmi yaradıcılığından, mühüm xidmətlərindən danışan AMEA-nın prezidenti onun xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev görkəmli alim İmam Mustafayevin mənalı ömür yolundan, biologiya elminə verdiyi dəyərli töhfələrdən, geniş ictimai-siyasi fəaliyyətindən bəhs etmişdir.
İ.Mustafayev 1928-ci ildə Kənd Təsərrüfatı Texnikumunu və 1932-ci ildə Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1965-ci ildə professor elmi adına layiq görülmüşdür. Alim 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası (AKP) Gəncə Vilayət Komitəsinin birinci katibi, AKP MK katibi (1954-1959-cu illərdə AKP MK birinci katibi), Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Akademik İ.Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar bitkilərinin toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına həsr olunmuşdur. Alimin yetişdirdiyi "Sevinc", "Cəfəri", "Qızıl buğda", "Gürgənə", "Arzu" buğda sortları respublika ərazisində rayonlaşdırılmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə alınmış yüksək məhsuldar arpa sortu Azərbaycan, Gürcüstan və digər ölkələrin ərazilərində rayonlaşdırılmışdır.
Alim 8 monoqrafiyanın, 300-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 75 namizədlik və 4 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Çıxış edən digər alim və mütəxəssislər də akademik İmam Mustafayevin elmi və ictimai-siyasi fəaliyyətinin əhəmiyyətindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Görkəmli alimin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirilmişdir.
Tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov iştirak etmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında