"Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" biblioqrafik göstərici nəşr etdirilmişdir

AMEA Rəyasət Heyətinin və Mərkəzi Elmi Kitabxanası Elmi Şurasının qərarına əsasən "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyəti" adlı biblioqrafik göstərici işıq üzü görmüşdür.
Biblioqrafik göstəricinin tərtibçisi AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ixtisas redaktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur.
Kitab Azərbaycan tarixinin şanlı səhifələrindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuşdur. Yeni nəşrdə müasir Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında 1918-2009-cu illərdə işıq üzü görmüş materiallar yer almışdır. Biblioqrafik göstəriciyə müasir Azərbaycan dövlətçiliyinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən və Cümhuriyyət haqqında mövcud olan digər sənədlər (kitablar, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr, elmi-tədqiqat əsərləri və s.) daxildir.
Kitabın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti haqqında mövcud olan sənədləri müəyyənləşdirmək, onları toplayıb qruplaşdırmaq və Azərbaycan Xalq Cümhuriyyəti haqqında maraqlanan, bu sahədə tədqiqat işi aparan mütəxəssislərə, eyni zamanda, geniş oxucu auditoriyasına məlumat verməkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında